Şrift:
VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb
01.02.2019 [11:20] - Mədəniyyət
Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildən bir təşkil olunan VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb.

Müsabiqənin ilk dinləmələrinə Bərdədən başlanılıb. Altı rayon üzrə 63 yeniyetmə və gənc öz istedadını nümayiş etdirib. Onlardan 12 nəfəri seçim turuna vəsiqə qazanıb.

Bölgələr üzrə növbəti seçim turu Gəncə şəhərində olub. Dinləmələr zamanı Samux, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər və Xocalıdan olan 30-a yaxın ifaçı iştirak edib. Onlar xalqımıza xas olan muğamı özlərinə məxsus şəkildə təqdim ediblər.

Həyəcan, təşviş və ən çox da ustad sənətkarlar qarşısında ifa etmək məsuliyyəti iştirakçılarda narahatlıq hissi oyatsa da, belə bir müsabiqədə iştirak etməkdən qürur hissi keçirdiklərini gizlətməyiblər.

Xatırladaq ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed