Şrift:
Türkiyə Superliqası: “Fənərbağça” öz meydanında qələbə qazanıb
02.02.2019 [10:02] - Gündəm, İdman
Fevralın 1-də futbol üzrə Türkiyə Superliqasının XX turunun ilk görüşündə turnir cədvəlində 14-cü pillədə qərarlaşan İstanbulun “Fənərbaxça” komandası doğma meydanda “Göztəpə” ilə qarşılaşıb.

“Şükrü Saracoğlu” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib meydan sahibləri olub. Qarşılaşmanın 7-ci dəqiqəsində “Fənərbağça”nın hücumçusu Andre Ayev hesabı açıb. Meydan sahibləri görüşün 73-cü dəqiqəsində yeni transfer olmuş Viktor Mozesin qolu ilə hesabı 2-yə çatdırıblar. Oyun elə bu hesabla da başa çatıb.

Bu qalibiyyət sayəsində “Fənərbağça” xallarının sayını 23-ə çatdıraraq turnir cədvəlində 12-ci pilləyə qalxıb. “Göztəpə” isə 22 xalla geriləyərək 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 2, 3, 4-ü keçiriləcək. Türkiyə Superliqasının XX turunun digər oyunları aşağıdakılardır:

“Yeni Malatyaspor” - “Kayserispor”,

“Kasımpaşa” - “Sivasspor”,

“Trabzonspor” - “Ankaragücü”,

“Alanyaspor” - “Qalatasaray”,

“Ərzurumspor” - “Rizespor”,

“Akhisar Bələdiyəspor” - “Başakşəhər”,

“Antalyaspor” - “Beşiktaş”,

“Bursaspor”-“Konyaspor”.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed