Şrift:
TÜRKSOY-da böyük yazıçı Yahya Akenginin yaradıcılığının 50 illiyi qeyd olunub
02.02.2019 [10:50] - Gündəm, Mədəniyyət
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında Türkiyənin böyük yazıçısı Yahya Akenginin bədii yaradıcılığının 50 illiyi münasibətilə konfrans keçirilib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı, yazıçı Namik Kamal Zeybək və başqaları böyük yazıçının bədii yaradıcılığının ayrı-ayrı istiqamətlərindən, əsərlərinin türk dünyası ədəbiyyatının inkişafındakı rolundan danışıblar.

Düsen Kaseinov yazıçını TÜRKSOY-un “Çingiz Aytmatov” xatirə medalı ilə təltif edib.

Yahya Akengin göstərilən diqqətə görə təşəkkürünü bildirib, “Bir samovar məhəbbət” kitabını oxucularına təqdim edib.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed