Şrift:
Cido üzrə təbrizli çempion Azərbaycan milli komandasına qoşulub
05.02.2019 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda idman məsulları tərəfindən dəstəklənməyən cido üzrə təbrizli çempion Arəş Ağayi Azərbaycan Respublikasının milli komandasına qoşulub.

Yerli mətbuat idmançının İran yığmasından ayrılaraq Azərbaycan Milli Komandasına keçməsini onunla komandanın baş məşqçi və müdiri arasında yaranan ixtilafla əlaqələndirib.

Bu barədə “Fars” xəbər agentliyi yazıb ki, 25 yaşlı cidoçu son söhbətlərində İran milli yığmasının baş məşqçisi Mənsuri və milli komandaların müdiri Rudəkinin onun komandada fəaliyyətinə mane olduqlarını bildirib. O sonda belə bir qərar verməyə məcbur olub.

“İsna” xəbər agentliyi isə qeyd edib ki, Arəş Ağayi fevralın 3-də Portuqaliyada 35 ölkədən 232 cidoçunun qatılımı ilə başlayan Beynəlxalq Cido Yarışlarında Azərbaycan Milli Komandasının uğurları üçün çalışacaq.

Arəş Ağayi bundan əvvəl cido üzrə gənclərin Asiya Çempionatında bürünc medala layiq görülüb, o beynəlxalq işçilər çempionatında da çempionluq əldə edib.

Adını çəkdiyimiz azərbaycanlı idmançı İran idman məsullarının ona olan laqeyd münasibəti nəticəsində Təbrizdə çörəkçi kimi işləyib.
Cido üzrə təbrizli çempion Azərbaycan milli komandasına qoşulub
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed