Şrift:
Həmədan Əyalətində bu şəhərin adı təhrif edilib
05.02.2019 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Həmədan Əyalətində yerli ləhcə ilə “Kərəüs” deyilən şəhərin adı təhrif edilərək fars adı ilə dəyişdirilib.

“Kərəüs” kəndinə Nazirlər Kabinetinin qərarı ilə şəhər statusu verildikdən sonra belə bir təhrifə yol verilib.

Şəhər əhalisinin dediyinə görə, “Kərəüs” yerli ləhcədə bir növ qırmızı marala və ya bəzilərinin dediyi kimi, bir növ göryərtiyə deyilir. “Kərəfs” isə fars dilində konkret olaraq bir növ göyərtidir.

Məlumata görə, yerli əhali şəhərin tarixi türkcə adının dəyişdirilməsinə etiraz bildirir.

Artıq rəsmi dövlət orqanlarının lövhələrində şəhərin adı “Kərəfs” kimi qeyd olunub.

Dağlıq ərazidə yerləşən sözügedən şəhərin əhalisi Azərbaycan türklərindən ibarətdir, onların əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur.

Şəhərin türkcə adının fars adı ilə dəyişdirilməsi şübhəsiz ki, İran rejiminin Azərbaycan türklərinə qarşı tətbiq etdiyi asimilasyon siyasəti ilə bağlıdır. Coğrafi məkanların adının dəyişdirilməsi faktına Güney Azərbaycanın bütün bölgələrində rast gəlinir. Bu proses soydaşlarımızın kəskin etirazı ilə qarşılansa da, rejim tərəfindən davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed