Şrift:
Rusiya və İran dollardan imtina edir
06.02.2019 [10:29] - Siyasət
Moskva və Tehran qarşılıqlı ödənişlərdə daha dollardan istifadə etməyəcək. Bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.

O qeyd edib ki, İranla Rusiya ödənişləri milli valyutalarda yaxud avroda etməyə çalışacaq.

“Əslində iranlılarla qarşılıqlı ödənişlərdə dollardan imtina etmişik. Rusiya rublu və İran rialına, xüsusi ehtiyac yarandıqda isə avroya əsaslanacağıq”, - deyə diplomat vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed