Şrift:
İstanbulda çökmüş binanın dağıntıları altından daha 4 nəfər xilas edilib
07.02.2019 [09:06] - Gündəm, Hadisə
İstanbulun Kartal bölgəsində çökmüş binanın dağıntıları altından daha 4 nəfər xilas edilib. Yaralılar xəstəxanalara yerləşdirilib, birinin vəziyyəti ağırdır.

Bu sözləri mətbuata açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Qeyd edək ki, İstanbulda səkkizmərtəbəli bina çöküb. Binanın 7 mərtəbəsində olan 14 mənzildə 43 nəfər qeydiyyatda olub.

Faciə yerində axtarış-xilasetmə işlərinə İstanbul, Sakarya və Bursadan olan xilasedicilər, tibb işçiləri və çoxlu sayda texnika cəlb edilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 173 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed