Şrift:
"Bu cür məhkəmələri ictimailləşdirmək lazımdır" ÖZƏL-MÜNASİBƏT
07.02.2019 [10:04] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Bizim Milli Dirçəliş Hərəkatı Partiyasının bəyanatı olmuşdu. Biz bu məsələlərlə bağlı bildmişdik ki, “Milli Şura” xarici dövlətlərin birində yaradılıb və missiyası ortadadır. Hətta ünvanda göstərmişdik ki, Rusiyada Moskva Cərrahiyyə İnstitunun akt zalında Vyaçeslav Volodinin birbaşa təşkilatçılığı ilə “Milli Şura” yaradıldı. Daha sonra onlar “Milyarderlər İttifaqı” yaratmışdılar və o zaman da pul verirdilər. Təbii ki, bu da sübut olunmuşdu. Amma təəssüflər olsun ki, bu məsələyə baxılmadı”. Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

“Bir neçə gün əvvəl Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında bu məsələ ilə bağlı geniş çıxış etdim ki, belə məsələlər aydınlaşdırılmalıdır. Mən həm də Baş Prokurorluğa da üz tutub çağırış etdim ki, xaricdən ölkəmizi qatmaq üçün yaradılan təşkilatların məsələləri aydınlaşdırılmalıdır. İndi isə AXCP sədri Əli Kərimli ilə bağlı məhkəmə gedirsə və sübutlar da ortada varsa, təbii ki, hər kəs etdiyi əməllərə görə cavab verməlidir. Bu cəmiyyətə də aydın olmalıdır ki, ölkədə çox ciddi məsələlər olduğu halda, bizim ölkənin problemlərinə adekvat olaraq milli birliyə ehtiyac olduğu halda burada “5-ci kolon” kimi çalışmaq və hakimiyyətə deyil dövlətə müxaliflik etmək olmaz. Bunun arxasından pərdə götürüləndə görünür ki buradan kimlər çıxır. Yəni kimin əlinin kimin cibində olması aydın görünür. Burada qarşılıqlıq salmaq istəyənlər öz iradələrini deyil, ölkəmizin sevməyən dövlətlərin iradələrini ifadə edirlər. Hesab edirəm ki, bu cür məhkəmələri ictimailləşdirmək lazımdır. Hətta deyərdim ki, belə məsələlərdə yumşaq mövqe nümayiş etdirmək lazım deyil”-deyə, partiya sədri fikrini tamamlayıb.

Ceyhun Rasimoğlu
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed