Şrift:
Opera və Balet Teatrının səhnəsində iki balet maraqla izlənilib
07.02.2019 [10:13] - Gündəm, Mədəniyyət
Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Pyotr Çaykovskinin “Romeo və Cülyetta” birpərdəli baleti təqdim olunub.

Quruluşçu baletmeysteri ukraynalı xoreoqraf Georgi Kovtun olan səhnə əsərində Romeo obrazını Murad Kərimov, Cülyettanı isə Liana Praga canlandırıb.

Balet Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə edilib. Bu gün teatrsevərlər, həmçinin “Şəhrizad”ı da izləyiblər.

Quruluşçu baletmeysteri Tamilla Şirəliyeva olan səhnə əsərində Nigar İbrahimova, Samir Səmədov, Faiq Qubadov və Fərid İbrahimov çıxış edib. Xronometrajları 35 dəqiqə olan səhnə əsərlərinin maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı baletləri daha baxımlı edib, səhnə əsərləri maraqla qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed