Şrift:
İran min kilometr məsafəni qət edən ballistik raket istehsal edib
08.02.2019 [09:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran min kilometrlik məsafəni qət edən yeni ballistik raket istehsal edib.

Anadolu agentliyi xəbər verir ki, ballistik raketin təqdimat mərasimində İran İslam İnqilabının Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Cəfəri ölkəsinə tətbiq edilən sanksiyaların İranın müdafiə qüdrətinə heç bir şəkildə təsir etməyəcəyini deyib.

Yeni ballistik raket 700 kilometrlik məsafəli “Zülfüqar” raketindən 300 kilometr daha çox məsafə qət edəcək.

Hazırda İran müstəqil surətdə tank, zirehli transportyor, təlim-döyüş və nəqliyyat təyyarələri, müxtəlif tipli raketlər istehsal edir.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed