Şrift:
2020-ci ildə “Ümid-2” platformasından ilk quyunun qazılması planlaşdırılır
08.02.2019 [10:14] - Gündəm, İqtisadiyyat
2020-ci ildə “Ümid-2” platformasından ilk quyunun qazılması nəzərdə tutulur.

Bu barədə eksklüziv müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Azərbaycan neftçilərinin müstəqillik dövründə kəşf etdiyi “Ümid” yatağında hasilat artırılır. Yatağın tammiqyaslı işlənilməsi üçün əlavə olaraq “Ümid-2” platformasının tikilməsi, 2020-ci ilin sonlarında isə həmin platformadan ilk quyunun qazılması planlaşdırılır. “Babək” perspektiv strukturunda 2020-ci ildə qazılması nəzərdə tutulan axtarış quyusunun yeri artıq müəyyənləşdirilib. Bundan başqa, “Aypara” kimi perspektivli sahələrdə də axtarış qazması üçün hazırlıq işləri görülür”, - deyə R.Abdullayev əlavə edib.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed