Şrift:
Bakıda parklanma ilə bağlı PROBLEMLƏR açıqlandı
08.02.2019 [10:22] - Sosial
“Bakıda parklanma ilə əlaqədar problemlər var. Buna səbəb tikililər, yeni tikililər, pilot layihələrdir”. Bu fikirləri Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib.

Onun sözlərinə görə, BNA parklanma ilə bağlı Avropa təcrübəsini nəzərdən keçirir: “Parklanma ilə bağlı geniş maarifləndirmə işləri aparılıb. Parklanmaya təsir edən və ona aidiyyəti olan nişanlar əvvəllər də olub. Buna görə cərimələr də var idi”.

V.Kərimli deyib ki, Bakıda 18 min maşınlıq parkinq yerləri var. Eyni zamanda 25 özəl sektor tərəfindən inşa edilmiş qapalı və açıq yerlər var.
Bu xəbər oxucular tərəfindən 271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed