Şrift:
Özbəkistanda Nəqliyyat Nazirliyi yaradılıb
09.02.2019 [10:09] - Gündəm, Siyasət
Özbəkistan Avtomobil Nəqliyyatı Agentliyinin bazasında Nərliyyat Nazirliyi yaradılıb.

Bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.

Yeni nazirlik avtomobil, dəmiryolu, hava, su nəqliyyatı, metropoliten, o cümlədən yol təsərrüfatının inkişafı sahəsində dövlət siyasətini həyata keçirən vahid idarəetmə orqanı olacaq.

Bundan başqa, digər dövlətlərlə və iri xarici şirkətlərlə Özbəkistan ərazisindən keçən yüklərin daşınması ilə bağlı müqavilələrin bağlanması, Transəfqan, Transqafqaz, Transçin və digər magistral yollardan səmərəli istifadəsinin təmin edilməsi, yük daşıyıcıları ilə müştərək müəssisələrin yaradılması da yeni nazirliyin səlahiyyətlərinə aid edilib.



Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed