Şrift:
Müəllim və şagirdlər zəlzələ zamanı davranış qaydaları barədə məlumatlandırılıb
09.02.2019 [10:16] - Gündəm, Sosial, Gənclik
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi fevralın 8-də Kürdəmir şəhər 2 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən bildiriblər ki, məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlığından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları və s. mövzularda biliklərin aşılanması olub.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları, məişətdə yanğın, dəm qazı təhlükəsi” və “112 qaynar xətti” mövzularında çıxışlar olub, videoçarxlar nümayiş etdirilib.

Sonda suallar cavablandırılıb və iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı kitabçalar paylanıb.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed