Şrift:
Tibb Universitetinin uşaq cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunmuş konfrans keçirilib
09.02.2019 [11:28] - Gündəm, Sağlıq
Fevralın 9-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ATU-nun uşaq cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov kafedranın 1938-ci ildə yaradıldığını və buradakı mütəxəssislərin gənc nəslin sağlam böyüməsi üçün əllərindən gələni əsirgəmədiklərini deyib.

Klinikanın direktoru, professor Surxay Hadıyev kafedranın tarixi inkişaf yolu keçdiyini bildirib, kafedra əməkdaşlarının uğurlarından danışıb, konfransın işinə uğurlar diləyib. Direktor uşaq cərrahlığına həsr olunmuş konfransın Azərbaycanda ilk dəfədir keçirildiyini də diqqətə çatdırıb.

Azərbaycan Uşaq Cərrahlar Assosiasiyasının sədri, professor Çingiz Quliyev universitetin uşaq cərrahlığı kafedrasının inkişaf tarixi haqqında məlumat verib.

Kafedranın müdiri, tibb elmləri doktoru, Ramiz Poluxov uşaq cərrahiyyəsinin çox geniş sahələri əhatə etdiyini bildirib və burada aparılan əməliyyatlar haqqında danışıb.

Konfrans müxtəlif mövzularda məruzələrlə davam edib.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed