Şrift:
“Traxtur” klubunda yeni təyinat
09.02.2019 [12:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubunda yeni təyinat olub.

“Traxtur”la bağlı mətbuatda yayılan xəbərlərdə klubun yeni təyin olunmuş icraçı direktorunun kimliyinə aydınlıq gətirilib. Məlumata görə, Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin keçmiş icraçı direktoru Əyyub Behtac Rəyasət Heyəti tərəfindən Azərbaycan klubunun icraçı direktoru təyin olunub.

Ə.Behtac bundan əvvəl Ərdəbil Əyaləti Gənclər və İdman Təşkilatının rəisi və Ərdəbilin “Zob Ahən” klubunun icraçı direktoru vəzifəsində çalışıb.

Bundan əlavə, “Traxtur”un yeni icraçı direktoru Olimpiya, Asiya və digər beynəlxalq yarışlarda ağırlıqqaldırma, Yunan-Roma və sərbəst güləşi üzrə baş məşqçi kimi iştirak edib.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed