Şrift:
ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana səfər edib
11.02.2019 [10:08] - Gündəm, Siyasət
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak fevralın 10-da Gürcüstana səfər edib.

Səfər çərçivəsində ATƏT-in sədri ölkə Prezidenti, Baş nazir, xarici işlər naziri, barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri ilə görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan ilə ATƏT arasında əməkdaşlıq, regional təhlükəsizlik, Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasında ATƏT-in rolu, ATƏT regionunda münaqişələrin sülh yolu ilə həlli, ölkədəki demokratik vəziyyət və digər məsələlər diqqət mərkəzində olacaq.

Səfər fevralın 11-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed