Şrift:
İstanbulda yeni Atatürk Mədəniyyət Mərkəzinin təməli qoyulub
11.02.2019 [10:11] - Xəbərlər, Mədəniyyət
Fevralın 10-da İstanbulun mərkəzi hissələrindən olan Taksim meydanında yeni Atatürk Mədəniyyət Mərkəzinin təməli qoyulub.

Təməlqoyma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Yeni mədəniyyət mərkəzinin əsasını 2073 nəfər üçün nəzərdə tutulan opera salonu təşkil edəcək. Binada 828 nəfərlik teatr, 1000 nəfərlik konsert, 285 nəfərlik kino, 250 nəfərlik otaq teatrı və bir sərgi salonlarının, eləcə də bir kitabxananın olacağı bildirilir. Yeni binanın ən üst mərtəbəsində isə restoran fəaliyyət göstərəcək. Bundan əlavə, binada 885 maşın üçün avtomobil dayanacağı da inşa olunacaq.

Mərkəzin tikintisinin iki ilə tamamlanması planlaşdırılır. Yeni binanın memarı bundan əvvəlki Atatürk Mədəniyyət Mərkəzinin memarı olan Murat Tabanlıoğlunun oğlu Hayati Tabanlıoğludur.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed