Şrift:
Fransa DİN: “Sarı jiletlər”in etiraz aksiyasında 54 min insan iştirak edib
11.02.2019 [10:15] - Hadisə
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, etiraz aksiyasının 13-cü aktında 54 min, “sarı jiletlər”in hesablamasına görə isə 110 min aksiyaçı olub.

Parisdə 31 nümayişçi dindirilib, onlardan 21-i saxlanılıb.

Parisdə Milli Assambleyanın qarşısında polislə qarşıdurma zamanı nümayişçilərdən biri əlini itirib. Vitrinlər sındırılıb, maşınlar yandırılıb.

Ölkə üzrə bütün etiraz aksiyalarında polislə ciddi qarşıdurma olub. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed