Şrift:
Fərəc Quliyev: Proseslər ABŞ-ın Avropa siyasətindəki planlarından kənara çıxmayacaq (video)
11.02.2019 [11:44] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
MDHP sədri Brexit barədə şərhlər və proqnozlar verib



Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən - 10.02.2019 tarixində Lider Televiziyasının “Panoram” verilişinin qonağı olub.

Brexitin müzakirəsinə həsr edilmiş verilişdə partiya sədri bu prosesi Avropa Birliyi ilə Böyük Britaniya arasında olan msələdən daha çox, ABŞ başda olmaqla anqlosaksların Avropada mövqeyi məsələsi kimi səciyyələndirib. Boyük Britaniyanın Avropa Birliyindən çıxandan sonra şərtlərin dəyişəcəyini istisna etməyən millət vəkili aparıcının sualına cavab olaraq bildirib ki, Türkiyə üçün yaşıl işığın yandıralacağına inanmır. O, proseslərin gedişatı ilə bağlı isə olduqca maraqlı proqnozlar ortaya qoyub. Belə ki, partiya sədri proseslərdə ABŞ-ın Rusiyaya qarşı müttəfiqlərini ətrafına yığacağını, liderlik məsələsi öz həllini tapandan sonra hər hansı bir formada birliyin qorunub saxlanacağını və ən əsası proseslərin ABŞ-ın Avropa siyasətindəki planlarından kənara çıxmayacağını proqnozlaşdırdığını bildirib.

F.Quliyevin həmin verilişdəki şərhlərinin və proqnozlarının videosunu təqdim edirik:



AÇILMAZSA TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed