Şrift:
ABŞ-da beşinci qadın prezidentliyə namizədliyini elan edib
12.02.2019 [10:41] - Siyasət
ABŞ-da beşinci qadın – Minnesota ştatından olan senator Emi Klobuşar 2020-ci ildə prezidentliyə namizəd olacağını elan edib.

Demokrat Partiyasının üzvü olan 58 yaşlı senator Elizabet Uorren, Kamala Harris, Tulsi Qabbard və Kirsten Gillibranddan sonra növbəti prezident seçkilərində iştirak etmək istəyən beşinci qadındır.

Senator Emi Klobuşar əmək fəaliyyətinə özəl şirkətdə hüquq məsləhətçisi kimi başlayıb, 1998-ci ildə Minnesota ştatının baş prokuroru olub. O, doqquz il sonra həmin ştatdan Senata üzv seçilib. Emi Klobuşar insanlarla xoş rəftarına görə “pambıq şəkəri ledisi” ləqəbi ilə çağırılır. O, 2001-ci ildə ABŞ-da “İlin vəkili” seçilib.
Bu xəbər oxucular tərəfindən 157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed