Şrift:
Güney Azərbaycan milli hərəkat fəalları Həmid Mənafi Nadarlı və Həsən Qənbəri 2 il həbsə məhkum edildi
02.08.2012 [10:51] - Güney Azərbaycan xəbərləri
Güney azərbaycanlı fəallar Həmid Mənafi Nadarlı və Həsən Qənbəri Təbrizin inqilab məhkəməsi tərəfindən həbsə məhkum ediliblər.

Azərbaycanlı fəallar 2011-ci il sentyabrın 3-ü Təbrizdə Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşündə həbs olunub, 20 gün ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təcridxanası və Təbrizin mərkəzi zindanında saxlanıldıqdan sonra 40 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Onlar, Təbriz inqilab məhkəməsi tərəfindən ölkə təhlükəsizliyini pozmağa cəhd göstərmək ittihamı ilə 2 il həbsə məhkum edilib. Məhkumluq qərarının yarısı şərti olaraq 5 il müddətinə geriyə atılıb, lakin 1 il həbs qərarı icra olunacaq.
Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed