Şrift:
Məhbus ailələrinə şad XƏBƏR - Əfv Komissiyası iclasa toplanır
12.02.2019 [11:07] - Hüquq
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu il üçün ikinci iclası keçiriləcək.

Bu barədə Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib. Ə.Nuriyevin sözlərinə görə, iclasda daxil olan müraciətlərə baxılacaq, müzakirələr aparılacaq.

Ə.Nuriyev deyib ki, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir:

“Bu il böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Amma təbii ki, bu, ölkə Prezidenti İlham Əliyevin səlahiyyətində olan məsələdir”.
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed