Şrift:
Divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb – Germi və Muğanda
13.02.2019 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində tanınmış azərbaycanlı fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlar davam edir.

Azərbaycanlı fəallar Germi və Muğan şəhərlərində digər Azərbaycan şəhərlərində olduğu kimi, divarlara şüarlar yazaraq tanınmış fəalın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Muğanlı fəallar ötən həftələrdə neçənçi dəfədir ki, Abbas Lisaninin azadlığa buraxılması tələbi ilə divarlara şüarlar yazır.

Bu istiqamətdə Ərdəbil, Təbriz, Urmiyə, Mərənd, Əhər, Tehran, Muğan, Çaypara, Sulduz və s. kimi şəhərlərdə də divarlara şüarlar yazılıb, posterlər yayılıb və plakatlar nümayiş etdirilib.

Həmçinin fəallar “Biz hamımız Abbas Lisaniyik” kampaniyasına qoşularaq tanınmış fəalın qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı tələblərini qısa videolar şəkilində internetdə yayırlar.

Ötən günlərdə Azərbaycan Respublikasının bir neçə siyasi partiyası və tanınmış ictimai-siyasi şəxsiyyətləri Abbas Lisaninin azadlığa buraxılmasını qeyd-şərtsiz tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 75 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed