Şrift:
Avropa Komissiyası təbii qaz bazarı üzrə yeni tənzimləməyə dair razılıq əldə edildiyini açıqlayıb
15.02.2019 [10:32] - İqtisadiyyat
Avropa İttifaqına (Aİ) üzv ölkələrin üçüncü ölkələrlə imzalayacağı təbii qaz müqavilələrinin Aİ nəzarəti altında olmasını təmin edəcək tənzimləməyə dair razılıq əldə edilib.

Avropa Komissiyası təbii qaz bazarı üzrə yeni tənzimləməyə dair Avropa Parlamenti və Avropa Şurası arasında aparılan danışıqlar nəticəsində razılıq əldə olunduğunu açıqlayıb.

Belə ki, Aİ-yə üzv ölkələrin üçüncü ölkələrlə imzalayacağı təbii qaz müqavilələri Avropa Komissiyasının enerji qanunvericiliyinə və müvafiq qaydalara tabe olacaq. Təbii qaz layihələrinə nəzarət isə Avropa Komissiyası tərəfində həyata keçiriləcək. Aİ-yə üzv ölkələrin səlahiyyətli orqanları təbii qaz sahəsində daha şəffaf əməkdaşlıq edəcək. İttifaq ölkələrinə təbii qaz tədarük edənlər arasında rəqabət artacaq.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed