Şrift:
Ukraynada prezident seçkilərinə 45 gün qalmış üç namizəd liderlik edir
15.02.2019 [10:35] - Siyasət
Ukraynada keçiriləcək prezident seçkilərinə 45 gün qalmış namizədlərin reytinqində ilk üçlükdə şoumen Vladimir Zelenskiy, hazırkı Prezident Petro Poroşenko və sabiq baş nazir, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenko qərarlaşıb.

Bu reytinqin nəticəsi Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun yanvarın 31-i-fevralın 10-da apardığı sorğuda məlum olub.

Sorğuda iştirak edənlərin 26,9 faizi Zelenskiyə, 17,7 faizi Poroşenkoya, 15,8 faizi isə Timoşenkoya səs veriblər. Respondentlərin təxminən yarısı seçkilərdə hansı namizədin qalib gələcəyini söyləyə bilməyib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərində 44 namizəd iştirak edəcək. Səsvermə martın 31-də keçiriləcək.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed