Şrift:
Nazir Sahil Babayev: "Sosial müavinətlər artırılacaq"
15.02.2019 [10:54] - Gündəm, Sosial
"Sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi brifinqdə bildirib.
O deyib ki, müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var. “Bu gün 80-ə qədər müavinət növü var. Onların daha da sadələşdirilib cəmləşdirilməsinə, eyni zamanda onların məbləğinə kompleks şəkildə baxılır. Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənarda qalıblar. Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq".
Nazir vurğulayıb ki, müavinət alanlar 500 min nəfərdir: "Tələsik qərar da vermək olmaz, çünki bu 500 min insanın həyatına təsir edəcək addımdır. Biz bunu ətraflı araşdırırıq. Asiya Bankının, Dünya Bankının ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi verəcəyik”.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed