Şrift:
AMB: Ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcunu 3 dəfə üstələyib
15.02.2019 [11:02] - Gündəm, İqtisadiyyat
Ötən il xarici sektordakı müsbət proseslər özünü Azərbaycanın xarici valyuta ehtiyatlarının dinamikasında da biruzə verib.
Bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.
İcmalda qeyd olunub ki, 2018-ci ildə ölkənin strateji valyuta ehtiyatları 7,1% və ya 3 mlrd. ABŞ dolları artıb və ilin sonuna 44,9 mlrd. ABŞ dolları təşkil edib. Strateji ehtiyatlar 31 aylıq mal və xidmət idxalına kifayət edib, xarici dövlət borcunu 3 dəfə, manatla geniş pul kütləsini 5,3 dəfə üstələyib.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed