Şrift:
Əcnəbi turistlər üçün “Azərbaycanı tanıyaq” adlı sərgi təşkil olunub
15.02.2019 [11:23] - Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 6 saylı filialında əcnəbi turistlər üçün məlumat xarakterli “Azərbaycanı tanıyaq” adlı sərgi təşkil olunub.

Baş İdarədən bildirilib ki, sərgidə müxtəlif illərdə Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş ölkəmizin ictimai-siyasi, mədəniyyət, incəsənət, etnoqrafiya və tarixini özündə əks etdirən kitablar nümayiş olunur.

Qeyd edək ki, inzibati binası yerli əhəmiyyətli memarlıq abidəsi kimi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qorunan kitabxana hər zaman qonaqların böyük marağına səbəb olub və onlar binanın arxitekturasının gözəlliyinə, kitabların xüsusi zövqlə düzülüşünə, ümumən interyerin maraqlı və gözəl tərtib olunmasına heyran qalıblar.
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed