Şrift:
Məşhur əmanətçinin heykəli ucaldıldı – Zəncanda
15.02.2019 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zəncanda məşhur azərbaycanlı əmanətçi, Hacı Həsən Nə`lçigərin heykəli ucaldılıb.

Onun heykəli əmanət verilmiş bir velosipedi 45 il saxladığı üçün küçələrin birində quraşdırılıb.

Heykəl əmanətdarlıq ənənəsini qoruyub saxlamaq və sədaqətli olmağı təbliğ etmək məqsədi ilə ucaldılıb.

Hacı Həsən Nə`lçigər əmanət olan bir velosipedi sahibinə çatdırmaq üçün 45 il onu saxlayıb. O hər gün mağazasını açdıqdan sonra velosipedi iş yerinin önünə çıxarıb, axşam saatlarında mağazanı bağlarkən onu içəri aparıb, lakin velosipedin sahibi heç vaxt geri dönməyib.

Hacı Həsən Nə`lçigər dekabr ayında 82 yaşında dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed