Şrift:
Çində yaşayış binası uçub
16.02.2019 [10:18] - Gündəm, Hadisə
Çinin şərqində yerləşən Fuçjou şəhərində yaşayış binasının uçması nəticəsində 10 nəfər dağıntılar altında qalıb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Hadisə yerli vaxtla saat 05:50-də baş verib. Hadisə yerində xilasedicilər işləyir, indiyədək yeddi nəfəri dağıntılar altından çıxarmaq mümkün olub. Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanaya göndərilib.

Polis hadisənin səbəblərini araşdırır.
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed