Şrift:
Özbəkistanla Əfqanıstan arasında iqtisadi əlaqələr müzakirə olunub
16.02.2019 [10:20] - Xəbərlər, İqtisadiyyat
Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov 55-ci Münhen konfransında Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşüb.

Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüşdə Əfqanıstanda sülhün və sabitliyin bərpa edilməsi istiqamətində siyasi dialoqun davam etdirilməsi məsələləri geniş müzakirə edilib.

Məhəmməd Əşrəf Qəni Əfqanıstanda sülhün bərqərar olması istiqamətində Özbəkistanın səylərini yüksək qiymətləndirib.

Tərəflər Əfqanıstanın sosial-iqtisadi inkişafı, Özbəkistanla transəfqan tranzit dəhlizinin yaradılması üçün zəruri olan birgə nəqliyyat, energetika və digər sahələrdə layihələrin həyata keçirilməsi, habelə regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələlərini də müzakirə ediblər.



Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed