Şrift:
Məşhur “Anadolu Atəşi” rəqs qrupu dünya turuna başlayır
16.02.2019 [10:30] - Xəbərlər, Mədəniyyət
Türkiyənin məşhur rəqs – şou qrupu “Anadolu Atəşi” bu ilin dünya turuna fevralın 28-də İstanbuldan başlayacaq.

Dünya turuna “İstanbul dreams” adlı tamaşanın nümayişi ilə başlayacaq qrupun bu gün 50 milyon tamaşaçısı var. Qrupun bədii rəhbəri Mustafa Ərdoğan deyib ki, dünyanın 100-dən çox ölkəsində çıxış edən qrup 2025-ci ildə tamaşaçılarının sayını 100 milyona çatdırmağı qarşıya məqsəd qoyub.

Qeyd edək ki, “Anadolu Atəşi” ötən il sentyabrın 15-də Bakıda Heydər Əliyev Sarayında çıxış edib
Bu xəbər oxucular tərəfindən 76 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed