Şrift:
Bolqarıstanda 17 nəfər qızılcaya yoluxub
16.02.2019 [10:34] - Gündəm, Sağlıq
Bolqarıstanda qızılca xəstəliyinə yoluxanların sayı 17-yə çatıb.

Xəstəliyə tutulanların hamısı uşaqlardır. Onlar Blaqoevqrad şəhərinin Razloqa adlı qaraçı məhəlləsində yaşayırlar. Uşaqların təmasda olduğu 145 nəfər 21 gün həkim nəzarəti altında qalacaq. Həkimlərin fikrincə, yoluxanların sayı getdikcə artacaq.

Bütün xəstələr eyni simptomlarla - yüksək hərarət, öskürək və bədəndə səpkilərlə müşahidə olunur.



İqbal Hacıyev
Bu xəbər oxucular tərəfindən 75 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed