Şrift:
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
16.02.2019 [10:43] - Gündəm, Siyasət
Nigeriyanın Kaduna əyalətində prezident seçkiləri öncəsi təşkil olunan silahlı hücumlar nəticəsində 66 nəfər həlak olub.

Anadolu agentliyi xəbər verir ki, Əyalət Mətbuat Katibi Samuel Aruvan jurnalistlərə verdiyi açıqlamada silahlı hücumu edənlərin kimliyinin hələ məlum olmadığını deyib.

Faktla bağlı cinayət işi açıldığını söyləyən S.Aruvan, xalqı təmkinli davranmağa çağırıb.

Qeyd edək ki, Nigeriyada sabah keçiriləcək seçkidə Bütün Qabaqcıllar Konqresinin sədri Məhəmməd Buxari və Xalqın Demokratik Partiyasının sədri Abubakar ən güclü namizədlər hesab edilir.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed