Şrift:
Azərbaycanın müdafiə naziri “İDEX – 2019” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
18.02.2019 [10:16] - Xəbərlər, Hərb
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov burada keçirilən “İDEX – 2019” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.

Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər ki, mərasimdən sonra general-polkovnik Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed