Şrift:
Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək
18.02.2019 [10:31] - Gündəm, Siyasət
Bu ilin aprelində Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında növbəti danışıqlar olacaq.

Bu barədə Rusiya dövləti başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Bildirib ki, prezidentlər iki ölkənin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər. Bu, dövlət başçılarının bu il ərzində artıq üçüncü görüşü olacaq.

İclasda ticarət və iqtisadi sahədə əməkdaşlıq, mədəni əlaqələr və beynəlxalq vəziyyət müzakirə ediləcək.

Qeyd edilir ki, prezidentlər aprelin 8-də Böyük Teatrda Mədəniyyət və Turizm İlinin açılış mərasimində də iştirak edəcəklər.
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed