Şrift:
Parisdə “sarı jiletlər” etiraz aksiyasının üç ayı dinc şəkildə qeyd edilib
18.02.2019 [10:32] - Gündəm, Hadisə
Fransada “sarı jiletlər” etiraz aksiyalarının başlanmasının üç ayının tamam olmasını qeyd etmək üçün 1500 nümayişçi Yelisey çölləri prospektinə toplaşıb.

Ölkənin digər şəhərlərində də küçələrə çıxan nümayişçilər əvvəlki etiraz aksiyalarında yaralananların xatirəsinə mahnı oxuyublar. Yuxarı Marn departamentinin Sen-Dizye kommunasında yalnız qadınlar nümayiş ediblər.

Parisdə nümayişçilər günorta saatlarında Eyfel qülləsi yaxınlığındakı “Champs de Mars” parkına, axşam isə Respublika meydanına doğru gediblər.

Qeyd edək ki, “sarı jiletlər” etiraz aksiyasının 14-cü aktı çərçivəsində Lion şəhərində polis maşınına hücum və Parisdə akademik Alain Finkielkrauta qarşı antisemit davranış siyasətçilər, eləcə də “sarı jiletlilər” tərəfindən kəskin tənqid edilib. Belə aktların qəbuledilməzliyi bildirilib.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed