Şrift:
Azərbaycan və Belarus Müdafiə nazirləri görüşüb
18.02.2019 [11:12] - Xəbərlər, Hərb
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.
Görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

* * *

İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb.
Sərgi zamanı Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri cənab Roman Qolovçenko ilə görüşüb.
Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini, müasir hərbi texnologiyaların tətbiqi imkanlarını və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.
Bu xəbər oxucular tərəfindən 70 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed