Şrift:
Abbas Lisaninin saxlanmasına etirazlarla əlaqədar fəalların evində axtarış aparılıb - Xoyda
18.02.2019 [11:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlar geniş vüsət aldığı bir vaxtda Xoy şəhərində fəalların evi və iş yeri təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri bir neçə azərbaycanlı milli-mədəni fəalın ev və iş yerində axtarış aparıb. Deyilənlərə görə, bu əməliyyat Xoy şəhərində divarlara Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarların yazılması ilə bağlıdır.

Ev və iş yerlərində axtarış aparılan fəallardan Vahid Səfəri və Salman İraqinin adları məlum olub.

Adı çəkilən fəallar bundan əvvəl də mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

Ötən günlərdə oxşar əməliyyat Ərdəbil şəhərində həyata keçirilmişdir.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb, o sonra Ərdəbil Zindanının karantin bölümünə intiqal edilib.

N.S
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed