Şrift:
“Türklərdə dağ törənləri” sənədli filmi GünAz TV-də...
18.02.2019 [11:20] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Televiziyası “Türklərdə dağ törənləri” sənədli filmini yayımlamağa başlayıb.

“Türklərdə dağ törənləri” sənədli filmi mədəni irs sahəsi üzrə araşdırmaçı Şəhram Əfşarın uğurlu əsərlərindən biridir. Filmdə dağın qədim türklərin mədəniyyət və həyatındakı yerindən bəhs olunur və türk dünyasında müqəddəs kimi qəbul olunan bəzi dağlardan söz açılır.

Filmdə Türkiyədə “Çiçək baba törəni”, Güney Azərbaycanda Marağa məntəqəsinin səhənd dağında “Sultan dağı törəni” və Miyanada “oyuxlu ziyarəti” kimi törənlərə də işarə olunur.

Bu sənədli film “Varlığımız” toplusunun 6-cı bölümüdür.

“Varlığımız” şənbə günləri Təbriz vaxtı ilə saat 18:30-da Güney Azərbaycan televiziyasından yayımlanır.
Bu xəbər oxucular tərəfindən 70 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed