Şrift:
MEK Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə sərgi təşkil edib
18.02.2019 [16:18] - Gündəm, DAVAMın yazıları
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamında bildirilir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirsin.

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) da yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadəyə həsr olunmuş sərgi təşkil edib. Sərgi MEK tərəfindən tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq təşkil edilib. Sərgidə Mirzə Cəlilin müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Onların sırasında “Cümhuriyyət”, “Danabaş kəndinin əhvalatları”, “Bəlkə də qaytardılar”, “Hekayələr”, “Mirzə Cəlil və Məmmədquluzadələr (məktublaşma)”, “C.Məmməqduluzadə (Biblioqrafiya)”, “Cəlil Məmmədquluzadə” (İsa Həbibbəyli), “Cəlil Məmmədquluzadə. Molla Nəsrəddin arxivinin təsviri” (Afaq Əliyeva), “Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri”, “İnsanlar və talelər” (Məmməd Cəfər Cəfərov), “Cəlil Məmmədquluzadə taleyi və sənəti” və digər kitablar yer alır.

Sərgilənən kitablar MEK-in elektron kataloqunda qeyd edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi fevralın23-dək davam edəcək.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed