Şrift:
Əlişir Nəvainin “Külliyyatı”nın rəngli elektron nüsxəsi Fransadan Özbəkistana gətirilib
19.02.2019 [10:12] - Xəbərlər, Mədəniyyət
Əlişir Nəvainin Herat xəttatlıq məktəbinin nümayəndəsi Əli Hicrani tərəfindən üzü köçürülən “Külliyyatı”nın rəngli elektron nüsxəsi Fransa Milli Kitabxanasından Özbəkistana gətirilib.

Özbəkistan Mədəni İrsi Tədqiqat Mərkəzinin direktoru Roik Bahadurov jurnalistlərə deyib ki, indiyədək Özbəkistana məxsus bir çox əlyazma, miniatür, bəzək əşyaları, musiqi alətləri və fotoşəkillər üzə çıxarılıb.

Bu mədəni irs nümunələri arasında İmam Buxarinin, İmam Termezinin, Əbu Reyhan Biruninin, İbn Sinanın əlyazmaları da var. Əlişir Nəvainin “Seçilmiş əsərləri”, “Uşaqlığın möcüzələri”, “Fərhad və Şirin”, “Seçilmiş divan” əsərlərinin rəngli elektron nüsxələri də Özbəkistana gətirilib.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed