Şrift:
Qahirədə törədilən partlayış nəticəsində 3 nəfər ölüb
19.02.2019 [10:15] - Gündəm, Hadisə
Qahirənin mərkəzində yerləşən Əl-Gamaliyya rayonunda terrorçu-kamikadze özünü partladıb.

Misirin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Qahirənin Əl-Gamaliyyə rayonunda təqib edilən terrorçu saxlanılan zaman özünü partladıb. Partlayış nəticəsində terrorçunun özü və təhlükəsizlik qüvvələrinin iki əməkdaşı ölüb, daha 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyi ötən cümə günü Qiza meydanındakı "Əl-İstikama" məscidinin yaxınlığına partladıcı qurğunun məhz bu terrorçu tərəfindən yerləşdirildiyini təsdiqləyib.

Xatırladaq ki, fevralın 15-də təhlükəsizlik qüvvələri Qiza meydanındakı "Əl-İstikama" məscidinin yaxınlığına yerləşdirilən partladıcı qurğunu zərərsizləşdirməyə müvəffəq olmuşdu.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed