Şrift:
Səhənd stadionuna 100 min “Traxtur” tərəfdarının toplanması dünya mətbuatında
19.02.2019 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, fevralın 15-də Təbrizin “Traxtur” futbol komandası Tehranın “İstiqlal” komandasını səhənd stadionunda qəbul etdi, super liqa yarışları çərçivəsində keçirilən görüşdə 100 min soydaşımızın tamaşaçı qismində iştirak etməsi dünya mətbuatının gündəminə düşüb.

“Traxtur” tərəfdarlarının oyun boyu milli şüarlar səsləndirdiyi görüş 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

Səhənd stadionuna bu qədər “Traxtur” tərəfdarlarının toplanması dünya mətbuatında geniş şəkildə işıqlandırılıb.

Türkiyənin “Yeni Şafak” saytı 100 min tamaşaçının qatıldığı görüşlə bağlı xəbər yayaraq bildirib ki, bu görüş türk dünyasında ən çox tamaşaçısı olan yarış kimi tarixə düşdü.

Türkiyənin «stadyumlar» İnstaqram səhifəsi isə xəbəri işıqlandıraraq qeyd edib ki, İran super liqasında türklərin “Traxtur” komandası “İstiqlal”ı 1:0 hesabı ilə məğlub edib, oyun 100 min tamaşaçının qatılımı ilə keçirilib.

Təxminən 20 milyon üzvü olan 433 İnstaqram səhifəsi də “Traxtur”-“İstiqlal” görüşünə yer verərək stadiondan görüntülər yayıb.

“Asiya Futbol Konfedrasiyası” İnstaqram səhifəsi də 100 min “Traxtur” tərəfdarının stadiona toplaşdığı barədə xəbər yayıb. Məşhur səhifə Azərbaycan türklərinin yaratdığı epik səhnələrdən görüntülər də paylaşıb.

100 min “Traxtur” tərəfdarının nümayiş etdirdiyi səhnə Azərbaycan düşmənlərini də hərəkətə gətirib.

İran Ettelaat Nazirliyinə bağlı olan “Azəriha” saytı “Traxtur” tərəfdarlarının stadionda nümayiş etdirdiyi “Öz müqəddəratını təyinetmə hüququ cinayət deyil” plakatını yayaraq onun “tərəfdara oxşar” adlandırdığı tamaşaçılar tərəfindən qaldırıldığını bildirib və onlara qarşı tədbir alınmasını tələb edib.

“Azəriha” saytı yaydığı başqa bir postda ötən günlərdə Həmədanda ləğv olunan “Aşıqlar və Musiqilər” mərasimindən də bəhs edib. Postda mərasimin ləğv olunması alqışlanıb və yalan iddia irəli sürülərək bildirib ki, səhənd stadionunda uydurma sözlər yazılan parçanı hazırlayanlar mərasimə qatılmaq istəyiblər, onlar “bölücülük cinayət deyil, bu hüquqdur” sözünü başqa bir şəkildə təkrar etməyə hazırlaşıb.
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed