Şrift:
Sabunçuda məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın baş verib
20.02.2019 [10:31] - Gündəm, Hadisə
Sabunçu rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə məcburi köçkünlərin məskunlaşdığı bir dam altında tikilmiş, ümumi sahəsi 1140 kvadratmetr olan birmərtəbəli tikilidə (arakəsmələri taxta konstruksiyalardan ibarət) qeydə alınıb. Nəticədə tikilinin 670 kvadratmetri yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı mvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed