Şrift:
ATƏT-in fəaliyyətdə olan sədri və Rusiyanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
20.02.2019 [10:46] - Gündəm, Siyasət
"Dağlıq Qarabağ münaqişəsi ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Moskvada keçirilən görüşdə müzakirə mövzusu olub".
Bu barədə danışıqların yekununa həsr olunan mətbuat konfransında S.Lavrov bildirib.
O, görüş zamanı ATƏT-in 2019-cu il üçün öncül vəzifələrinin müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, bunların arasında Ukraynanın cənub-şərqindəki vəziyyətə dair təmas qrupunun fəaliyyəti, Dağlıq Qarabağ və Trans-Nistru münaqişələri, habelə beynəlxalq terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsi kimi bütün üzv ölkələri narahat edən təhdidlər sadalanır.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed