Şrift:
Xalxalda dəmir dövrünə aid 99 tarixi əsər tapılıb
20.02.2019 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Xalxal şəhərində dəmir dövrünə aid olan tarixi əsərlər tapılıb.

Bu barədə Xalxal prokuroru Əli Nəbati mətbuat konfransında məlumat verib.

“Xalxalda dəmir dövrünə aid 99 tarixi əşya tapılıb. Ərdəbil Əyaləti Mədəni İrs Təşkilatının ekspertləri fevralın 18-dən həmin əşyaların üzərində araşdırmaya başlayıblar”- deyə o bildirib.

Ərdəbil prokuroru əlavə edib ki, bu əsərlər Xalxalın dərin tarix və mədəniyyətindən xəbər verir. Ona görə də Mədəni İrs Təşkilatı tapılan tarixi əsərlər üzərində ciddi araşdırma aparıb, onları yaxşı qoruyub saxlamalıdır.

Əli Nəbati tarixi əsərlərin qorunmasının vacib olduğunu vurğulayaraq bütün aidiyyatı orqanları bu məsələyə diqqət yetirməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed