Şrift:
Keçən il Gürcüstanda yaşayan 806 azərbaycanlı gənc tələbə adını qazanıb
21.02.2019 [10:58] - Borçalı
Ötən il Gürcüstanın ali məktəblərinə milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı üzrə 806 azərbaycanlı abituriyent tələbə adını qazanıb. Onların 96-sı 100 faizlik qrantla ali məktəblərin gürcü dili üzrə hazırlıq kurslarında təhsil alır. Qrantın ümumi büdcəsi 225 min laridir (85 min dollar).

Bu fikirlər Tbilisidə Gürcüstanın Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyası çərçivəsində 2018-ci il üzrə fəaliyyət planının nəticələrinə həsr olunmuş təqdimat mərasimində səsləndirilib.

Bildirilib ki, 2018-ci ildə “1+4” proqramı ilə universitetlərə qəbul olunan tələbələrin sayı illik müqayisədə 184 nəfər artaraq 1231 nəfər təşkil edib.

Qeyd olunan proqram üzrə təhsil alan milli azlıqları təmsil edən 142 tələbə mərkəzi və yerli dövlət qurumlarında təcrübə proqramında iştirak ediblər.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed