Şrift:
Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb
22.02.2019 [10:29] - Türk dünyası-Turan
Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb.

2018-ci ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 258,26 milyon ABŞ dolları təşkil edib. Bunun 211,9 milyon dolları ixrac, 46,3 milyon dolları idxalın payına düşüb.

Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Jenis Kasımbek hökumətin iclasında bildirib ki, 2018-ci ildə ölkə məhsullarının Əfqanıstana Azərbaycan, Rusiya, Türkmənistana ixracına dair müqavilələr bağlanıb. Ötən il Azərbaycana transformatorların daşınması üçün 450 milyon dollarlıq ixrac müqavilələri imzalanıb.



İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed